Logo

Ev-eşiyini atıb - gəmidə elə bir aləm yaratdı ki... - VİDEO

Ev-eşiyini atıb - gəmidə elə bir aləm yaratdı ki... - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük Britaniyada Saymon Uayt adlı şəxs öz qeyri-adi mənzili ilə  ölkədə xəbər başlığına çevrilib.

Yaşamaq üçün rahat mənzil almaq fikrindən daşınan 2 övlad atası, xəyalındakı evi qayıqda ərsəyə gətirib.

Qayığın içində 2 otaqlı lüks mənzil yaratmaq Saymon Uayta təxminən 30 min dollara başa gəlib.  6 aya hazırlanan mənzilin içindəki şəraitə  söz ola bilməz. Üstəgəl onunla dəniz səyahətinə çıxmaq da mümkündür. Çətin ki, hansısa gəmidə evimizdəki rahatlığı tapaq. Ancaq Saymon özü üçün bu rahatlığı təmin edib.

Qayıqdakı evdə istiliyi təmin etmək üçün odun peçindən istifadə edən Saymon,  qış aylarında odun tədarükü görməyə məcbur olsa da, çəkdiyi əziyyətdən qətiyyən  şikayətlənmir. Hərtdən küləkli hava şəraiti qayığın, daha doğrusu evin içini su ilə doldursa da, britaniyalı bununla da barışıb.

Bəs görəsən  bu şəxs niyə şəhər həyatından uzaq qaçır? Saymon Uayt deyir ki,  dünyadakı hər kəsdən daha fərqli yaşamaq onun hər zamankı arzusu olub. Dünya içində öz dünyasını yaratdığını deyən britaniyalı, bəzi əziyyətləri olsa da, həyatından məmnun olduğunu dönə-dönə vurğulayır.(ATV.AZ)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR