Logo

“Azərsun”a aid bankın yeni sədri haqda sensasion iddialar

“Azərsun”a aid bankın yeni sədri haqda sensasion iddialar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinə sədr təyin edilib. Bu vəzifə indiyə qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən Doğan Tandoğana həvalə edilib.

Politika.Az xəbər verir ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib.

Onun nizamnamə kapitalı 60 mln. manatdır. Bankın səhmlərinin 94,2517%-i "Anadolu Investment Company" MMC-yə, 5,1735%-i "Azərbaycan Sənaye Sığorta" ASC-yə, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur. D.Tandoğan iş fəaliyyətinə 1996-ci ildə Türkiyənin "Ziraat Bank”ında investisiya mütəxəssisi olaraq başlayıb.

Müxtəlif bank və maliyyə təşkilatlarında, o cümlədən "Ziraat Bank” və "Akbank”da, Ukraynada "Credit Europe Bank”da, Azərbaycanda "Turanbank” və "YapıKredi Bank-Azerbaijan”da müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən "Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavinidir.

Sosial şəbəkələrdə yeni bank sədri haqda ilginc iddialar yayılıb. Deyilənlərə görə Doğan Tandoğan "YapıKredi” bankdan səmimi münasibəti olan qız dostlarını və onların rəfiqələrini ASB Banka yüksək maaşla cəlb edir.

Həmin bank işçiləri orada mütəxəssisdirlər, indiyə qədər rəhbər kimi heç vaxt işləməyiblər.

Sosial şəbəkələrdəki şərhlərdə deyilir ki, belə söz-söhbətlərin kollektivdə dedi-qodu halına gəlməsinə şərait yarada bilən şəxs sədr müavini Hüseyn Özmen ola bilər

Doğan Tandoğan daha əvvəl Ukraynada Türk Bankında işləyib. Uğuruz olduğu üçün uzaqlaşdırılıb. Sonra Hüseyn Özmen ilə kredit təşkilatında birlikdə uğursuz olublar. Daha sonra Yapı Kredi Bankda filial müdiri olub.

Qeyd edək ki, bu bank "Azərsun” holdinqə bağlıdır. Bir müddət əvvəl musavat.com-a Tandoğan və Özmen haqda bu ittihamlar yer almışdı: "Bankda özbaşınalıq baş alıb gedir. Sədr Hüseyn Özmen işçiləri onun xoşuna gəlib-gəlməməsiylə qiymətləndirir.

Onun xoşuna gəlməyən adam bu bankda işləməməlidir. Azərbaycanın Əmək Məcəlləsinə heç bir məhəl qoymur və öz şəxsi kefinə görə kimi istəsə işdən çıxarır. Doğan Tandoğan isə çox kobud adamdır. O özünü Azərbaycan mentalitetinə uyğun aparmır.

Qabağına çıxan bütün işçiləri xanım demədən, yaşlı demədən təhqir edir. Çünki bilir ki, heç kim ona cavab verməyəcək. Cavab verən elə həmin gün işdən çıxarılacaq. H.Özmenin ASB rəhbərliyinə gətirilməsinin tarixi də maraqldır.

Bank işçisi məktubuna Türkiyənin "Yeni Şafak” qəzetində bu haqda olan "Ziraat’te kredi depremi” adlı yazısını əlavə edib. Həmin yazıda Türkiyənin Ziraat Bankında yoxa çıxan 100 milyon dollarlıq vəsait və həmin vəsaitin "itirilmə”sində "əməyi” olan şəxslərin istintaqa cəlb olunmamasından söhbət açılır. Yazının "qəhrəman”larından biri də Hüseyn Özmendir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR