Klassik avtomobillər Bakı küçələrini və ziyarətçilərin könlünü fəth etdi - FOTO

Klassik avtomobillər Bakı küçələrini və ziyarətçilərin könlünü fəth etdi - FOTO
Kateqoriya məlum deyil
T

Ötən gün paytaxtda keçirilən daha bir festival böyük marağa səbəb olub. Söhbət sözün əsl mənasında unikallığı ilə seçilən klassik avtomobillərin sərgisindən gedir.

 

Sfera.az bildirir ki, qeyd edilən festival Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı, “Nazar Holding”in baş sponsorluğu ilə keçirilib. Burada dəbdəbəli köhnə avtomobillər hər yaşda olan ziyarətçilərin gözünü oxşayıb, insanlar “retro bayram” ab-havası ilə qiyabi də olsa, keçmişə səyahət ediblər.

 

Bakının küçələrini bəzəyən klassik nəqliyyat vasitələri təkcə həvəskarların və ziyarətçilərin maraq obyektində olmayıb, həm də şəhər sakinləri və paytaxtımızın qonaqları festivaldan zövq ala biliblər. Necə deyərlər,  Azərbaycan Avtomobil Federasiyası bu nadir festivalla hər kəsi heyrətləndirib. Qeyd etmək lazımdır ki, hər ölkədə  klassik maşın kolleksiyasına rast gəlmək mümkün deyil. Bu baxımdan, Azərbaycan Avtomobil Federasiyası unudulmaz layihələrdən birinə imza atıb desək, yanılmarıq.

 

Bildirək ki, klassik avtomobillərin yürüşünə 1984-cü ilədək istehsal olunan avtomobillər qatılıb. Onların arasındakı ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” da olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.

 

 

Dənizkənarı Milli Parkdan start götürən klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüş ediblər. Sözügedən nəqliyyat vasitələri Dənizkənarı Bulvar - Neftçilər Prospekti -Ağ Şəhər-Heydər Əliyev Mərkəzi - Heydər Əliyev Prospekti - Hava limanı yolu- Zığ şossesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar. Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçirilib. Hər kəs həmin avtomobillərin qarşısında gözəl foto çəkdirib, retro nəqliyyat vasitələrinin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıb.  “Ən qədim avtomobil”, “Ən unikal avtomobil” və “Ən rəngarəng geyim” nominasiyalarında qaliblər seçilərək mükafatlandırılıb.

Klassik avtomobillərin sərgisi xüsusi qonaqları ilə seçilib. Belə ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov digər tanınmış şəxslər iştirak ediblər. 

Altay

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR