Logo

Bakıda DƏHŞƏT! 28 yaşlı gəncin ayaqlarını kəsdilər

Bakıda DƏHŞƏT! 28 yaşlı gəncin ayaqlarını kəsdilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xətai rayonunda 28 yaşlı gənc hər iki ayağından bıçaqlanıb.

Hadisə Nobel prospektində qeydə alınıb. Belə ki, Nobel prospekti ev 155, mənzil 15-də yaşayan Cəniyev Samir Sabir oğlu yaşadığı ərazidə qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı Təcili Yardım Stansiyasının əməkdaşları tərəfindən 3 nömrəli xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin müayinəsindən sonra Samir Cəniyevin hər iki ayağından kəsilmiş-deşilmiş yara aldığı məlum olub. Samir Cəniyevi stasionar müayinə üçün xəstəxanada saxlamaq istəsələr də, o öz ərizəsi ilə evə gedib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.

Yaralının izahatı alınıb. Samir Cəniyevin qonşusu tərəfindən hansı səbəbdən bıçaqlanması təhqiqat araşdırmalarının sonunda bəlli olacaq./salamnews/
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR