Ötən gün vətəndaşlardan 12 silah götürülüb

Ötən gün vətəndaşlardan 12 silah götürülüb
Kateqoriya məlum deyil
T

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, avqustun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd tüfəng təhvil götürüblər.

 

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 5 tüfəng və 1 ədəd patron darağı da aşkar edilərək götürülüb.

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR