Bu içkilərin qiyməti qalxır - SİYAHI

Bu içkilərin qiyməti qalxır - SİYAHI
"Slavyanka", "Sirab", "Badamlı", "Mor-mor" və "Qax" kimi mineral suların qiyməti qalxacaq. Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul bildirib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də qeyri-filiz faydalı qazıntılarından tutulan mədən vergisi dərəcəsinin artırılması ilə bağlı olub. Bunlardan 13-ü üzrə vergilər dövlət büdcəsinə, 3-ü üzrə vergilər isə bələdiyyə büdcəsinə ödənilir. Mədən vergisi hər kubmetr üçün hesablanılır. Məcəllədə vergi dərəcəsi ən çox qaldırılan isə faydalı qazıntı mineral sulardır:

"Mineral suların hər kubmetrinə tətbiq olunan vergi dərəcəsi 6 manatdan 10 manata qaldırılıb, yəni vergi dərəcəsində təxminən 70 faiz artım baş verib. Çox güman ki, dəyişikliklərin qüvvəyə minməsindən, yəni 2016-cı il yanvarın 1-dən sonra ölkəmizdə istehsal olunan mineral suların, o cümlədən "Slavyanka", "Sirab", "Badamlı", "Mor-mor", "Qax" sularının pərakəndə satış qiymətləri də qalxacaq".

OXŞAR XƏBƏRLƏR

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....