Putin türkləri təhqir etdi! - CANLI YAYIM (YENİLƏNİR)
Rusiya prezidenti Vladimir Putin on birinci dəfə böyük mətbuat konfransı keçirir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, mətbuat konfransı Moskvanın Beynəlxalq Ticarət Mərkəzində keçirilir.
Mətbuat konfransında 1400 yerli və beynəlxalq jurnalist iştirak edir. Bu isə Putinin mətbuat konfransları tarixində rekord göstəricidir. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, jurnalistlər arasında Türkiyə KİV-inin nümayəndələri də var.
Vladimir Putin ilk dəfə 2001-ci ildə belə bir formatdan istifadə etməyə qərar verib. İlk mətbuat konfransında 400 jurnalist iştirak edib. Putin 22 suala cavab verib.
***
Putinə ilk sual Rusiyanın 2016-cı il büdcəsi ilə bağlı olub. O, bildirib ki, enerjidaşıyıcısıların qiymətlərinin düşməsi ilə əlaqədar 2016-cı ildə dövlət büdcəsində dəyişikliklər ediləcək.
“Böhrandan çıxış üzrə əvvəlki proqnozlar neftin bir barelinin 100 dollar olmasına əsaslanırdı. Ancaq neftin indiki qiyməti kritik səviyyədədir. Sentyabr-oktyabr aylarında ümumi daxili məhsulun artımı 0,3-0,1 faiz təşkil edib, sənaye istehsalının kiçik artımı qeydə alınıb, xarici kapital axını əhəmiyyətli dərəcədə azalıb”, - Putin bildirib.
Prezident qeyd edib ki, Rusiya iqtisadiyyatı böhranın pik həddini keçib. Onun sözlərinə görə, neftin 50 dollar qiymətini 2016-cı il üçün optimist proqnoz hesab edir.
“Nazirlər Kabineti büdcə dəyişikliklərinə tələsməyəcək, amma hadisələrin inkişafının istənilən ssenarisinə hazırıq”, - Putin bildirib.
***
Putin Rusiyanın Su-24 təyyəsinin Türkiyə tərəfindən vurulmasını “düşmən aktı” adlandırıb.
“Rusiyaya xüsusilə toxunan o olub ki, Türkiyə daha əvvəllər həssas məsələlərlə bağlı Moskvaya müraciət edirdi. Ancaq bu məsələ ilə bağlı bir dəfə də zəng olmayıb. Türkmənlər bizim üçün də əzizidir. Türkmənistanda yaşayırlar. Amma Suriyada, sözügedən bölgədə yaşayanların kimliyi bəlli deyil. Türkiyə də bu məsələ ilə bağlı əvvəllər bir dəfə də olsun məsələ qaldırmayıb. Bununla bağlı bizə bir söz deyilməyib”, - Putin bildirib.
***
Rusiya prezidenti Vladimir Putin bü gün keçirilən mətbuat konfransı zamanı Türkiyə rəhbərliyinin ünvanına təhqiramiz ifadə işlədib.
Publika.az-ın məlumatına görə, Rusiya prezidenti rus təyyarəsinin vurulması barədə danışarkən Amerika-Türkiyə münasibətlərinə də toxunub və Türkiyə rəhbərliyinin ünvanına etikadan kənar (ifadənin həddən artıq təhqiramiz olduğunu nəzərə alaraq, dərc etmirik – red.) ifadə işlədib.
***
“Türkiyə Suriyanın hava məkanını davamlı şəkildə pozdu. İndi istəsə, bunu yenidən etsin. Suriyada artıq hava hücumundan müdafiə sistemi var”, - Putin deyib.
Putin Suriyada əməliyyatların davam etdiriləcəyini bildirib. O deyib ki, Rusiya bir təyyarənin vurulması ilə regiondan gedəcək ölkə deyil. “Türkiyənin hazırkı rəhbərliyi ilə Rusiyanın razılaşması mümkün deyil. Türkiyə qarşıya qoyduğu hədəflərə çatmadı, əksinə, vəziyyəti daha da ağırlaşdırdı",- Rusiya prezidenti bildirib.
“Hesab edirəm ki, Ankara ABŞ və Avropa Birliyinə müsəlman olduğunu göstərdi. Türkiyə İslam mövhumatına sürüklənir. Yəqin ki, indi Atatürk qəbirdə çevrilir”, - Putin əlavə edib.
***
Suriya prezidenti Bəşər Əsədin gələcək taleyinə toxunan Putin bildirib ki, Suriyaya kimin rəhbərlik edəcəyini yalnız onun xalqı müəyyən edəcək. O qeyd edib ki, Suriya ordusuna dəstək lazım olduğu müddətdə Rusiya Suriyada hərbi əməliyyatları həyata keçirəcək.
Putinin sözlərinə görə, bütovlükdə BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin hazırlığı üzrə ABŞ-ın təşəbbüsünü dəstəkləyir.
“Bizdə plan varmı? Əlbəttə, var. Nə qədər qəribə görünsə də, bu plan prinsip etibarilə ABŞ tərəfindən təklif edilən plana uyğun gəlir. Suriya konstitusiyası üzərində birgə iş, seçkilərdən əvvəl nəzarət mexanizmlərinin yaradılması, seçkilərin keçirilməsi və onların nəticələrinin tanınması”, - Putin deyib.
O vurğulayıb ki, güzəştlər hər iki tərəfdən olmalıdır.
***
Rusiya-Gürcüstan münasibətləri barədə suala cavab verən Putin Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduqlarını deyib: “Gürcüstanla münasibətləri biz pozmadıq, münasibətləri bərpa etməyə hazırıq”.
Rusiya prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin olunmasını Ukrayna xalqına tüpürülməsi kimi qiymətləndirib.
***
Putin Rusiyanın ABŞ-la münasibətləri inkişaf etdirmək istədiyini bildirib: “Rusiya amerikalıların seçəcəyi istənilən prezidentlə işləməyə hazırdır”.
Rusiya prezidenti qadın jurnalistlərdən birinin “Siz əla idman formasındasınız” şəklindəki komplimentinə zarafatla cavab verib: “Doppinqsiz olduğunu vurğulayacağam”.