SON DƏQİQƏ: Rusiya səfiri Ankarada güllələndi - FOTO+VİDEO/YENİLƏNİB
22:02 / 19.12.2016
1679
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada silahlı hücum olub.
BiG.AZ xəbər verir ki, hücum səfirin Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında iştirakı zamanı təşkil edilib.
Səfir ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hücumda səfirdən başqa da yaralıların olduğu bildirilir. "Hürriyyət” nəşrinin Ankara nümayəndəsinin bələdiyyə səlahiyyətlilərinə istinad edərək verdiyi xəbərə görə, silahlı sərgiyə polis vəsiqəsini göstərərək girib. Silahlı səfir çıxış edərkən əvvəlcə havaya atəş açıb, daha sonra səfiri vurub. Nəşrə danışan rusiyalı səlahiyyətlilər silahlının terrorçu olduğunu bildiriblər. Onun hələ də sərginin keçirildiyi binada olduğu deyilir.
Hazırda xüsusi hərəkat polisləri binanı mühasirəyə alıb. İçəridən 15-20 dəfə silah səsi eşidilib. Son məlumatlara görə, qarşıdurma davam edir.
Hücum zamanı içəridə təxminən 100-ə qədər adam olub. Silahlı Hələblə əlaqədar bəzi sözlər söylədikdən sonra insanlardan çölə çıxmasını istəyib. O, insanlar çölə çıxarkən səfirə atəş açıb. Silahlı səfirə atəş açarkən "biz Suriyada ölürük, siz burada öləcəksiniz" deyib.
Türkiyənin daxili işlər naziri hazırda hadisə yerindədir. Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib./publika.az/