Logo

Həkimlərin bu fotosu ilə bağlı rəsmi açıqlama

Həkimlərin bu fotosu ilə bağlı rəsmi açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün sosial şəbəkələrdə Bakı Sağlamlıq Mərkəzinin həkimlərinin iş yerində içki məclisindən fotolar yayımlanıb.

Sfera.az aznews.az-a istinadən xəbər verir ki, fotoda həkimlərin əllərində içki qədəhlərinin, stolun üzərində isə içki şüşəsinin olması ciddi müzakirələrə səbəb olub. Xanım həkimlərin ağ xalatda olması və boğazlarından iş vəsiqələrinin asılması məclisin iş yerində olduğu qənaətinə gətirir.

Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən bildirilib ki, sözügedən foto 3 il bundan əvvəl çəkilib:

"Bu bizim mərkəzdə olmayıb. Tibb işçilərinin peşə bayramında çəkilib”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, fotodakı həkimlər peşə bayramlarını qeyd edir:

"Onlar peşə bayramlarını restoranda qeyd edirlər”.

Həkimlərin bu fotosu ilə bağlı rəsmi açıqlama

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR