Logo

"Ona təklif etdim ki, evində xadimə işləyim..." - Xoşqədəm Hidayətqızı

"Ona təklif etdim ki, evində xadimə işləyim..." - Xoşqədəm Hidayətqızı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda maraqlı açıqlama verib.

Sfera.az xəbər verir ki, o, bir zamanlar çox kasıb olduğu üçün qonşudan qəribə xahiş etdiyini bildirib.

“90-cı illərdə işləmirdim və oğlum bronxial astmadan əziyyət çəkirdi. Bir dərman var idi, çox baha qiymətə satılırdı. Az qalmışdım ki, o dərmanı almaq üçün süpürgəçilik edim. Qonşunun qapısını döyüb, rica etdim ki, evində xadimə olum. Dedim ki, ona verdiyin pulu mənə ver, uşağımın dərmanını almalıyam. O qadın təhsilli biri olduğumu da bilirdi. Dedi ki, gəl, evimdə qal, kirayə pulu almayacağam. Mən iki il o xanımın evində kirayədə qaldım. Allah ona rəhmət eləsin”, - aparıcı bildirib.(Lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR