"Ona təklif etdim ki, evində xadimə işləyim..." - Xoşqədəm Hidayətqızı

17:40 / 14.08.2024
5652
Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda maraqlı açıqlama verib.
Sfera.az xəbər verir ki, o, bir zamanlar çox kasıb olduğu üçün qonşudan qəribə xahiş etdiyini bildirib.
“90-cı illərdə işləmirdim və oğlum bronxial astmadan əziyyət çəkirdi. Bir dərman var idi, çox baha qiymətə satılırdı. Az qalmışdım ki, o dərmanı almaq üçün süpürgəçilik edim. Qonşunun qapısını döyüb, rica etdim ki, evində xadimə olum. Dedim ki, ona verdiyin pulu mənə ver, uşağımın dərmanını almalıyam. O qadın təhsilli biri olduğumu da bilirdi. Dedi ki, gəl, evimdə qal, kirayə pulu almayacağam. Mən iki il o xanımın evində kirayədə qaldım. Allah ona rəhmət eləsin”, - aparıcı bildirib.(Lent.az)