"Onlara güvənməyin, sizi aldadcaqlar!" - DİN-dən XƏBƏRDARLIQ!

"Onlara güvənməyin, sizi aldadcaqlar!" - DİN-dən XƏBƏRDARLIQ!

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev vətəndaşlara xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, qurum rəsmisi dələduzlardan söz açıb. O qeyd edib ki, ayrı-ayrı vətəndaşlara yalan vədlər verməklə pul vəsaitlərini taladığına görə axtarışda olan daha 8 nəfər müəyyən olunaraq saxlanılıb:

 

“Hamısı deyir ki, “qaytaracağam”, “düzəldəcəyəm”, “həll edəcəyəm”, “başqasına vermişəm”. Yoxlayırıq, araşdırırıq, məlum olur ki, yalandır. Heç biri “verməyəcəyəm”, “qaytarmayacağam”, “ödəməyəcəyəm” demir. Ancaq onların əsas işi zərərçəkmişləri təkrar-təkrar aldatmaqdır. Elələri var ki, aldatmaq üçün hər gün bir qohumunun ölməsini, ağır xəstə olduğunu bildirib vaxt qazanır ki, qarşı tərəf tələblərində güzəştə getsin, polisə müraciət etməsin”.

 

E.Hacıyev fikirlərini bu cür yekunlaşdırıb:  “Telefonunda başqa-başqa şəxslərlə montaj olunan şəkillərini göstərən, yalan danışıqlar aparan, başqasının adından vəd verən şəxslərə güvənməyin. Onlar sizi aldadacaqlar”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR