“Əmək Məcəlləsinə” edilən dəyişikliklər nəyi dəyişəcək? - AÇIQLAMA

“Əmək Məcəlləsinə” edilən dəyişikliklər nəyi dəyişəcək? - AÇIQLAMA

"Azərbaycan Prezidenti “Əmək Məcəlləsinə” dəyişiklikləri təsdiq edib. Yeni fərmanla Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir". 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.


“Qanuna əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və bildiriş ləğv olunacaq. Bununla da, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçalarını işəgötürənlər işçilərə təhvil verəcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək”.


Deputat qeyd edib ki, yeni dəyişikliklər əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsinə xidmət edəcək:


“Dəyişikliklər və təkmilləşdirilən altsistem işçi qüvvəsi balansı, işçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaq. Buna əsasən əmək, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxaracaq”.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...