Azərbaycanda şəhər yerlərində yoxsulluq artıb - RƏQƏMLƏR

Azərbaycanda şəhər yerlərində yoxsulluq artıb - RƏQƏMLƏR

2023-cü ilin yekunlarına əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi 5,2 faizə düşüb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə yoxsulluq səviyyəsi 5,5 faiz idi. Ötən il yoxsulluq səviyyəsində 0,3 faiz bəndi azalma qeydə alınıb.


Ötən il Azərbaycanda yoxsulluq həddi isə 247 manat təşkil edib. Bu məbləğ 2022-ci ildə qeydə alınan məbləğdən 17 manat çoxdur. 


Statistikaya əsasən, kənd yerlərində yoxsulluq səviyyəsi şəhər yerlərinə nisbətən yüksəkdir. Kənd yerlərində əhalinin 6,8 faizi, şəhər yerlərində 3,9 faizi yoxsuldur. 


Statistika göstərir ki, 2023-cü il ərzində kənd yerlərində yoxsulluq səviyyəsi 8,6 faizdən 6,8 faizə düşdüyü halda, şəhər yerlərində 2,9 faizdən 3,9 faizə yüksəlib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...