"Ziyalımız yaltaqdır, bizi özbaşına buraxsalar..." - Rəşid Mahmudov ŞİKAYƏTLƏNDİ

"Ziyalımız yaltaqdır, bizi özbaşına buraxsalar..." - Rəşid Mahmudov ŞİKAYƏTLƏNDİ

Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” adlı podkastının növbəti qonağı fizioloq Rəşid Mahmudov olub.


Sfera.az-ın məlumatına görə, budəfəki söhbətin formatı iki nəslin debatı kimi baş tutub. Sovet dövrünü gördüyünü qeyd edən qonaq, kənddə böyüyərkən necə bir uşaqlıq keçirdiyini dilə gətirib:


"Kənd camaatının bircə amalı var idi: necə edək ki, yaxşı oxuyaq. Başqa çarə yox idi. İnsanların üzərində qorxu var idi. Azad söz demək mümkün deyildi. “Abır-həya” sözünü bəyənmirəm. İnsanıq, sənin öz fikrin var. Biz bir ailədə 6 uşaq olmuşuq. Anam çox hikkəli qadın idi. Altı uşağın altısına da təhsil verib. Pis işlərlə məşğul olmağa qoymadı. Bizi futbol oynamağa qoymurdu. Biz ata və anamıza çox köməklik etmişik. Atam bizə individual yanaşırdı. Hamının içində bizi sevdiyini deməsə də, təklikdə bunu hiss etdirirdi. Səhv iş görəndə bizə bir sözü var idi -  "A nadürüst!". Anamın hərfləri tanımadığını 5-6-cı sinifdə bilmişəm. Sən demə, kiril əlifbasından anlayışı yox imiş". 


Mahmudov söhbət əsnasında səhiyyədə olan problemdən, bu gün onu da narahat edən adətlərdən bəhs edib:


"O vaxtlar bizi özbaşına buraxsa idilər, biz dindən başqa heç nəyə getməyəcəkdik. Dinlə getmək, "Allahu veliyyüllezine" deməklə qarın doymur. Din mənim üçün əqidədir, həqiqətdir, düzgünlükdür, ədalətdir, vicdandır, başqasının haqqına girməməkdir, amma qalan hər bir şey mənə görə xurafatdır. Ehsan verirlər, masada bir arağı çatmır, toylarımız biabırçıdır, musiqilər çox yüksəkdən səslənir. Belə olmalı deyil, özümüzdən başlayaraq dəyişməliyik. Mən demişəm ki, xalqın, dövlətin sərvəti onun ziyalısıdır. Bir ziyalı yaltaqdırsa, o millətin vay halına. Sovet dövründə yaltaqlıq bundan da betər vəziyyətdə idi. Komunist partiyasının rəhbərləri var idi, onları tərifləməsə idin.... Biabırçılıq idi. Bir kadrın yetişdirilməsi var. Bizdə isə bir murdar tendensiya var. Bu, filankəsin qohumudur, tanışıdır, onu mütləq vəzifəyə gətirirlər. Həmin adamın başı işləmir. Ən böyük əxlaqsızlıqdır. İnanırsınız ki, bizdə həkimlərin çoxu işləmir. Çünki yer yoxdur. Travmatologiyada işləyən adam başdan tutmuş, ayağa qədər sümükləri bilməlidir, amma xaricdə hər sümüyün həkimi ayrıdır.

 

Bizim o qədər səhv mentalitetimiz var ki... Yaz gələndə Novruz bayramını qeyd edirik, ruslar da Pasxa bayramını. Onun mollasının geyiminə bax, tər-təmiz, əlində əsası. Bizim molla gələndə isə boynu çirkli. Bizimki Şaxta babaya öz dədəsinin pulunu verir ki, onun uşağına çürük konfet versin. Uşaq da sevinir. Yalandır bu. Keçəl bic olar, kosa isə nə arvaddır, nə də kişi... Gələndə də dilənməyə gəlir, kosanın payını verin. Bunlar hamısı düzəlməlidir. Belə adət olar? İnsanları dilənməyə öyrədirlər. Türkdən dilənçi olmayıb, olmamlıdır. Yolda dayanıb dilənən insan bizdən deyil. Yalandan qıza elçi gedirlər. Əslində isə qadınlar əvvəlcədən qızı verib,  məsələni öz aralarında həll ediblər. Yalandan orada oturub çay içməyə gedirlər. Evlənmədən cütlüklər eyni evdə də yaşamamalıdır. Bu, həyatı pis yola aparır".


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...