Bu tarixlərdə maqnit qasırğası olacaq - Əhalinin DİQQƏTİNƏ!

Bu tarixlərdə maqnit qasırğası olacaq - Əhalinin DİQQƏTİNƏ!

Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub.

 

Bu barədə Sfera.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, avqustun 14-dək Günəş aktivliyinin orta və yüksək səviyyədə, alışmaların  isə orta güclü olacağı gözlənilir: 

 

“Günəş küləyi parametrləri 7 avqustda baş vermiş tac kütlə atılmasının təsiri hesabına artıb. Hazırda geomaqnit sahə CME təsirlərinə cavab olaraq G1 və G2 səviyyəli qasırğa şəraitindədir. 13-14 avqustda CME effektləri azaldıqca geomaqnit sahənin normal fon şəraitində olacağı, fasilələrlə isə fəal şəraitin davam edəcəyi proqnozlaşdırılır”.

 

Məlumatda həmçinin qeyd olunub ki, belə maqnit qasırğaları Yerin eko, bio və texnosistemlərinə öz mənfi təsirini göstərir:

 

“Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-damar və digər xroniki xəstəlikləri olan yaşlı insanların səhhətlərində müəyyən narahatlıq-diskomfort halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...