Logo

Deputatlığa namizəd olan icra başçısının bütün rəqibləri İŞSİZDİR - FOTOFAKT

Deputatlığa namizəd olan icra başçısının bütün rəqibləri İŞSİZDİR - FOTOFAKT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olanlar arasında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da var. Asif Əsgərov, 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Həmin seçki dairəsindən 7 nəfər deputat mandatı qazanmaq üçün mübarizə aparacaq.

Sfera.az xəbər verir ki, onlardan Röya Abbasova, Aytəkin İsmayılova, Şəmsəddin Qurbanov, Eşqin Şitayev, Nailə Xaşayeva işsiz, İlqar İbrahimov isə pensiyaçıdır.

Qeyd edək ki, 58 yaşlı Asif Əsgərov 2015-ci ildən bəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. O, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həm də Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. (Bizim.Media)

Deputatlığa namizəd olan icra başçısının bütün rəqibləri İŞSİZDİR - FOTOFAKT

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR