Logo

Deputatlığa namizədlərin sayı AÇIQLANDI

Deputatlığa namizədlərin sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Növbədənkənar parlament seçkisi ilə əlaqədar deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında bildirib.

Növbədənkənar parlament seçkisi ilə əlaqədar 1 052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkisi ilə əlaqədar 1 508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 1 462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1 420 nəfərə imza vərəqi verilib, 1 197 nəfər imza vərəqələrini qaytarıb.

Milli Məclisə növbədənkənar seçki ilə əlaqədar qeydə alınmış namizədlərin 125 seçki dairəsi üzrə siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Milli Məclisə növbədənkənar seçki sentyabrın 1-nə təyin olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR