Övladlığa verilən uşaqların sayı AÇIQLANDI

14:31 / 09.08.2024
4252
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) verdiyi məlumata görə cari ildə 100 uşaq övladlığa verilib.
Sfera.az xəbər verir ki, onlardan 46 nəfəri oğlan, 54 nəfəri qızdır.
Bildirilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam etdirilir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 75-i oğlan, 64-ü qız olmaqla 139 uşaq öz ailələrinə qaytarılıb.
Ülkər Abdurahmanlı