"Tərkibində yuxu və halsızlıq yaradan maddə var" - Polisdən bu şəxslərə XƏBƏRDARLIQ

"Tərkibində yuxu və halsızlıq yaradan maddə var" - Polisdən bu şəxslərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

 

Sfera.az bildirir ki, qurum səhhətində problem olan şəxsləri avtomobil idarə etməkdən çəkinməyə çağırıb. Qeyd olunub ki, isti hava şəraiti insanların əmək fəaliyyətinə, əhval-ruhiyyəsinə təsir göstərir və bu amil xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq biruzə verir.

 

“Təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda, isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir. Bu da bəzən xoşagəlməz sonluqla nəticələnir. Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur. Bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir”.

 

Son olaraq, Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa səsləyib.

 

Günay  


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...