Logo

Fikrət Doluxanov vəzifəsindən GETDİ

Fikrət Doluxanov vəzifəsindən GETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.

Sfera.az xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.

“Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat – yoldur”, - deyə o bildirib.

Xatırladaq ki, F. Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.

2022-ci ilin dekabrında Xocalıda Rusiya sülhməramlıları ilə F. Doluxanov arasında yaşanan insident ictimaiyyətdə əsas müzakirə mövzusuna çevrilmişdi. Jurnalistin operatoruna “çək, Fərmayıl, çək”, - deyə müraciət etdiyi kadrlar xeyli danışılmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR