Amerikalı görünüşü ilə diqqət çəkdi: Kanadalı porno ulduz medal qazandı - FOTOLAR

Amerikalı görünüşü ilə diqqət çəkdi: Kanadalı porno ulduz medal qazandı - FOTOLAR
Kateqoriya məlum deyil
T

Paris Olimpiadası ən qalmaqallı və maraqlı anları ilə tamaşaçıları təəccübləndirməkdə davam edir.


Olimpiya Oyunlarında qadınların güllə atma yarışını izləyən azarkeşləri ABŞ-dan olan idmançı xeyli təəccübləndirib. İdmançı Raven Sonders qeyri-adi görünüşü ilə hər kəsi təəccübləndirib. O, yarışlar zamanı ekstravaqant maska ​​taxıb.
 

Sfera.az bildirir ki, Tokio Olimpiadasının gümüş mükafatçısı, "Hulk" ləqəbli Raven yaşıl-bənövşəyi saçları, qara maskası və günəş eynəyi ilə meydana çıxıb.



Saundersin sözlərinə görə, maska ​​digər idmançıları qorxudur, konsentrasiyanı və motivasiyanı artırır. Eyni zamanda maska onun "Hulk" ləqəbinin ("alter eqo") personasını mənimsəməsinin bir hissəsidir.
 

Pərəstişkarları idmançının tərzini bəyənib. Sosial şəbəkə istifaçilərindən biri yazıb:
 

"İndiyə qədər Raven Saunders haqqında heç vaxt eşitməmişdim, amma indi sadəcə onu sevirəm”.

Əvvəlcə idmançı 165 santimetr boyu olan güclü bədən quruluşuna görə "Hulk" ləqəbini alıb. 2020-ci il Tokio Olimpiadasında o, ilk dəfə maska ​​taxaraq gümüş medal qazanıb.
 

Qeyd edək ki, “OnlyFans"ulduzu Alişa Nyuman avqustun 7-də Parisdə keçirilən 2024-cü il Olimpiadasında dayaqla tullanmada bürünc medal qazanıb. O, stadionunda pərəstişkarları üçün tverkinq edərək qələbəsini qeyri-adi şəkildə qeyd edib.
 

 

Nyuman gərgin final yarışında 4,85 m məsafəni qət edərək milli rekordu qırıb. O, tamaşaçıların gurultulu alqışları ilə çıxışını alovlu rəqslə başa vurub.

Alişa Parisdəki uğurundan sonra dayaqla tullanmada olimpiya medalını qazanan ilk kanadalı, 1912-ci ildən isə ölkənin yeganə təmsilçisi olub. 30 yaşlı qız idman oynamaqla yanaşı, "OnlyFans"da külli miqdarda pul qazanaraq həyatı haqqında hekayələrlə pərəstişkarların qarşısına çıxır.

 

Aysel

Sfera.az

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
PAYLAŞ