“İkinci qıza görə heç kəs “10 min manat veriləcək” deməyib” - Nazirlik

“İkinci qıza görə heç kəs “10 min manat veriləcək” deməyib” -  Nazirlik

Azərbaycanda 2-ci qıza görə 10 min manat verilməsi məsələsinə nazirlikdən reaksiya gəlib. Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda 2-ci qız övladının doğulmasına görə verilməsi nəzərdə tutulan 10 min manatla bağlı əhali arasında yaranan suallara aydınlıq gətirərkən mükafatlandırma sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırlandığını və 2015-2020-ci illər üçün nəzərdə tutulan demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsinə dair Dövlət Proqramına salındığını deyib.

Sfera.az məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev isə modern.az-a bildirib ki, həvəsləndirmənin hansı formada olacağını qəti demək tezdir:

“Heç bir dövlət rəsmisinin dilindən “10 min manat veriləcək” ifadəsi çıxmayıb. Bu rəqəmi mətbuatın haradan tapdığı bilinmir. Sadəcə, bildirilib ki, müxtəlif variantlar var, onlardan biri də həvəsləndirmədir. Bunun hansı formada olacağını demək tezdir”.

Nazirliyin sözçüsü qeyd edib ki, doğulanlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması məqsədi ilə hazırlanacaq fəaliyyət planında abort siyasətinə yenidən baxılması və bir sıra başqa məsələlər nəzərdə tutulub:

“Proqramda hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması, qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması və digər tədbirlərin nəzərdə tutulmasının zəruriliyi bildirilir”.


OXŞAR XƏBƏRLƏR

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 2...

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

 “Karabakh-Pakistan” şirkəti ilə Pakistanın Pakistanın ən böyük iqtisadiyyatına malik olan və milli ÜDM-ə ən çox töhfə verən Pəncab əyalətinin ...

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...

ABŞ-də ölənlərin sayı 25 nəfərə çatdı

Kaliforniyada genişmiqyaslı meşə yanğınları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat y...