Logo

Əmirə məktub

Əmirə məktub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

Sfera.az xəbər verir ki, təbrikdə deyilir:

“Qətər Dövlətinin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR