Logo

Yanvarda çörək ucuzlaşa bilər

Yanvarda çörək ucuzlaşa bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, eləcə də un və çörəyin istehsalı və satışının 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır

Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Nazir bildirib ki, buğdanın idxalı və satışının da həmin müddətə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2016-cı ilin yanvarında buğdanın idxalı və satışı, həmçinin un və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilmişdi. Lakin bu güzəştlər ilin sonunadək başa çatmalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR