Azərbaycana sanksiya hazırlayan Smitin ermənilərlə əməkdaşlığı - FotoFakt
Cəmiyyət
12:13 / 19.12.2015
1310
Azərbaycana qarşı hazırlanan sanksiya layihəsinin təşəbbüskarı, konqresmen Kris Smitin ABŞ erməni lobbisi ilə əməkdaşlığı ortaya çıxıb.
“Qafqazinfo” xəbər verir ki, konqresmen Kristofer Smitin ABŞ Erməni Milli Komitəsinin (ANCA) sədri ilə görüşünü əks etdirən fotonu komitənin radikal rəhbərlərindən biri olan Aram Hamparyan tvitter hesabında paylaşıb və qeyd edib ki, onun işini dəstəkləmək üçün ANCA konqresmen Smit ilə görüşür.
Xatırladaq ki, ABŞ Helsinki Komissiyası Kris Smitin rəhbərliyi altında ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutub.