Ölkədə 6 yeni həbsxana tikilir
Kateqoriya məlum deyil
"Azərbaycanda 6 ədəd qarışıq tipli cəzaçəkmə müəssisəsi tikilir”.
Mia.az xəbər verir ki, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə açıqlamasında deyib. O, həbsxanaların müxtəlif bölgələrdə tikiləcəyini bildirib: "Məsələn, Kürdəmir, Lənkəran və digər rayonlarda həbsxanalar tikiləcək. İstəyirik ki, insanlar elə də çox əziyyət çəkməsin”.
Rəis müavinicəzaçəkmə müəssisələrində hər zaman ölüm hallarının olduğunu deyib.
H.Əlixanov vurğulayıb ki, hazırda məhbusların 3-də biri azadlıqda, təxminən 5 min dustaq isə müxtəlif həbsxanalarda işlə təmin olunub.






