Qanuna hərbçilərin dəfni haqda dəyişiklik
Cəmiyyət
07:56 / 18.12.2015
877
Azərbaycanda hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn mərasiminin təşkili ilə bağlı mövcud qanunvericiliyə dəyişikliklər edilib.
Sfera.az xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 27.1-ci maddəsinə uyğun olaraq, hərbçilərin dəfn mərasimində hərbi ehtiramın göstərilməsi üçün təyin edilmiş bölmələr fəxri mühafizə dəstəsi adlanır. Taqım və ondan bölmə heyətində olan fəxri mühafizə dəstəsi çexolsuz mətəm lentləri taxılmış Döyüş Bayrağı ilə təmin olunmalıdır. Fəxri mühafizə dəstəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.