"Onlar Eldar Mahmudovun agentləri olublar"
Cəmiyyət
13:31 / 10.12.2016
692
"Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində həbs olunanlar "reket jurnalist” yox, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bandasının üzvlərdir”.
Sfera.az-ın məlumatına görə, bu fikirləri "Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov jurnalistlərə açıqlamasında deyib.
A.Əsgərov vurğulayıb ki, hazırda Azərbaycan Nəşriyyatında "reket jurnalist” yoxdur: "Mətbuat Şurasının siyahısında olan "rekert jurnalist”lərin hər birini mən oradan çıxarmışam. DTX-nın əməliyyatları nəticəsində həbs olunanları "reket jurnalist” adlandırmaq olmaz. "Reket jurnalist” onlar hesab olunur ki, adları Mətbuat Şurasının "qara siyahısı”nda olsun. Həbs olunanlar keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bandasının üzvlərdir. Onlar faktiki olaraq Eldar Mahmudovun agentləri olub.
Nəşriyyatın baş direktoru qeyd edib ki, DTX-nın əməliyyatları nəticəsində həbs olunan "reket jurnalist”lərin əməllərindən xəbərsiz olub: "Mənim haradan xəbərim olacaqdı? Bu hüquq-mühafizə orqanlarının işidir”.
A.Əsgərov bildirib ki, Mətbuat Şurasının "qara siyahı”sına düşəcək "reket jurnalist”ləri dərhal nəşriyyatdan uzaqlaşdıracaq.