Bakıda oğul anasını bıçaqladı
Kateqoriya məlum deyil
Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğul anasını bıçaqlayıb.
“Report” xəbər verir ki, rayonun 39 yaşlı sakini Elşən Ağayev 77 yaşlı anası Sifayə Ağayevaya bıçaqla kürək nahiyəsindən zərbə endirib.
S.Ağayeva xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxsin ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






