Dağlıq ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Dağlıq ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Bəzi çaylardan sel keçib, dağlıq ərazilərə qar yağıb.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyunun 15-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. 3000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb.

 

Düşən yağıntının miqdarı Kürdəmirdə 28 mm, Qobustanda 27 mm, Şəkidə 14 mm, Oğuzda 12 mm, Qrızda 11 mm, Beyləqanda 7 mm, Şahdağda 5 mm, Quba, Qusar, Qrız, Qəbələ, Xaltan, Sabirabad, Balakəndə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

 

Yağan leysan xarakterli intensiv yağışlarla əlaqədar iyunun 14-ü axşam Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran, İsmayıllı rayonu ərazisindən axan Göyçay-Buynuz, Ağsu rayonu ərazisindən axan Ağsuçaydan, iyunun 15-də gecə isə Qobustan rayonu ərazisindən axan Pirsaatçay-Poladlı məntəqələrindən sel keçib.

 

Qrız, Lerik, Şabranda duman muşahidə olunub.

 

İyunun 14-ü şərq küləyi arabir Naftalanda 20 m/s, Sabirabadda 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək isti olub.


OXŞAR XƏBƏRLƏR

Saray qəsəbəsində dəhşətli qəza: 2 nəfər öldü

Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər ölüb.   Bu barədə Sfera.az-a Fö...

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 i...

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirildi

Ekoloji maarifləndirmə və iqlim dəyişmələri ilə mübarizədə gənclərin fəal iştirakının təmin edilməsi, bu sahədə aktiv təcrübənin qazanılması, həmçinin ölkədə ir...

Dövlət Xidmətindən daha bir XƏBƏRDARLIQ

Gün keçdikcə süni intellekt texnologiyasından istifadə edənlərin sayı artır.   Bəs süni intellekt nədir? Süni intellektdən istifadə edərkən hansı kib...

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndi...

Mərdəkanda qaz təchizatı dayandırılacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı daya...