Sonuncu mogikandan xəbərdarlıq: “II Qarabağ müharibəsi Rusiyanı...”
Cəmiyyət
00:41 / 20.12.2015
886
“Türkiyə Azərbaycana işğal olunmuş ərazilərini qaytarmaqda kömək edəcəyinə söz verib. Ermənistan əraziləri qaytarmaqdan imtina edir. Deməli, ortada müharibə versiyasi aktualdır”.
Publika.az xəbər verir ki, bu barədə keçmiş SSRİ və hazırda Rusiyada məşhur olan siyasətçi Aleksandr Proxanov “vesti.ru” saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə müharibə variantını məqbul hesab edir: “Hər iki ölkə - Azərbaycan və Ermənistan Rusiya üçün fövqəladə əhəmiyyətə malikdir. Onlar arasında başlayacaq müharibə Rusiyaya sərf etmir. Çünki hər iki ölkə bir çox səbəblərə görə bizim üçün vacibdir. Misal üçün, bu gün Rusiyadakı Azərbaycan diasporu bir çox sahələrdə çalışır. Onlar ticarətdə, siyasətdə, mədəniyyətdə və digər sahələrdə nüfuzludur”.
A. Proxanov SSRİ-nin dağılmasını xatırladıb və əlavə edib ki, ittifaqın tarixə qovuşmasında Dağlıq Qarabağ münaqişəsinin də təsiri olub.
“O vaxt Qarbaçov buna laqeyd yanaşdı və bunun acı nəticələrini gördük. İndi regionda belə bir müharibənin olmasını istəmirik”, - deyə o əlavə edib.
A. Proxanov dolayısı ilə ifadə edib ki, yeni Qarabağ müharibəsi Rusiyanı SSRİ-nin taleyi ilə üz-üzə qoya bilər.