“Akkord”un Bakıxanov sakinləri də dilə gəldi: lift dərdi və qaraj alveri bitmir – Müraciət
Kateqoriya məlum deyil
"Akkord” tikinti şirkətinin inşa etdiyi binalarda müxtəlif problemləri dondurulmuş saxlanıb. Sakinlərin dərd-səri hələ də bitmək bilmir…
Politika.Az-a şikayət edən şirkətin Bakıxanov qəsəbəsində yerləşən binalarında yaşayan sakinlərin sözlərinə görə, işlər yarımçıq görülüb, kosmetik və səthi aparılıb.
"Uğur-2” sakinləri qeyd edirlər ki, bir müddət əvvəl etdikləri şikayətlər müəyyən qədər nəticə verdi: "Komendantlar dəyişdi, yeni rəis təyin olundu. Binaların fasadlarında müəyyən işlər həyata keçirildi, blokların girişlərinə əl gəzdirildi, məlumat lövhəsi, şikayət və təkliflər qutusu yerləşdirildi.
Ancaq nə blok qapısına damafon sistemi tətbiq olundu, nə də liftlər əsaslı şəkildə təmir olundu. Liftlərin içərisində güzgülər dəyişdirilib, kənarlara mebel materialı olan taxtalar mismarlanıb.
Amma nə monitor düzəldilib, nə düymələr yenilənib, nə liftin trosları, təhlükə yaradan içalatı əsaslı təmir edilib. Yenə də liftlər yaxşı işləmir.
Hər binada üç liftdən yalnız ikisi fəaliyyətdədir. Gözləyirlər ki, bir faciə olsun, sonra əsaslı düzəldilsin. Üstəlik, yuxarı mərtəbələrin də bloklarında qapı-pəncərələr qoyulmayıb”.
Sakinlər Politika.Az-a qeyd edirlər ki, maşınların saxlanması üçün qarajlar istifadəyə verilsə də, insanların maddi vəziyyəti nəzərə alınmayıb: "Bu dəqiqə su, işıq, qaz, ərzaq, yəni hər şey bahalaşıb. Bu binalarda da varlı adamlar yaşamır ki?!
Əksəriyyətinin kredit borcu var, çoxu aylarla ödəyə bilmir. Bu halda qarajları maşını olan sakinlərə aya 40 manatdan verirlər. Buna görə də çoxunun imkanı çatmır və həyətdə saxlayır. Nəticədə sıxlıq yaranır, axşamlar avtomobil saxlamağa yer tapmaq olmur.
Əvvəla, qarajlar pulsuz olmalıdır. Bu binada yaşayıramsa, qarajım olmalıdır. Ancaq bu qanunsuzluğa yol veriblərsə, axıra qədər etməsinlər. Heç olmasa aylıq haqqı azaltsınlar. Yaxşı bilirlər ki, dolanışıq çətinləşib”.
Sakinlər yeni idarəçilik və rəhbərlikdən gileylənmir. Sadəcə, sadalanan yarımçıq qalmış işlərin də görülməsini xahiş edir. Onu da xatırladaq ki, şirkətin "Abşeron” Gənclər Şəhərciyində durum daha bərbadır. Orada qaz problemi hələ də öz həllini tapmayıb.
Qeyd edək ki, Bakı-Sumqayıt magistral yolunda yerləşən şəhərcik 5 ildir istifadəyə verilsə də, hələ də sakinlər qazla təmin olunmayıb. Şəhərcikdə yaşayanlar bildirlər ki, podratçı şirkət olan "Akkord” rəsmiləri hər il onları qaz verəcəkləri vədi ilə aldadır, ancaq ortada konkret nəticə yoxdur.