MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini özünü öldürdü

MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini özünü öldürdü

Ləğv olunan MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev intihar edib.

Sfera.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, həbsdə olan İlqar Əliyev cəza çəkdiyi kamerada özünü asıb.

Keçmiş polkovnik barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi.

İntihar xəbəri ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticə verməyib. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, İlqar Əliyevin yerinə təyinat alan şəxs Antiterror Mərkəzinin şöbə rəisi, polkovnik-leytenant Rauf Xələfovdur.


OXŞAR XƏBƏRLƏR