Logo

Heydər Camal vəfat edib

Heydər Camal vəfat edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın İslam Komitəsinin sədri Heydər Camal 70 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə ictimai xadimin sosial şəbəkələrdəki rəsmi hesablarında məlumat yayılıb.

"Dünən gecə Böyük Allahın əmri ilə Heydər Camalın bu dünyadakı yolu başa çatdı. Qoy rəhimli Allah onun savablarını qəbul etsin və məkanını cənnət etsin”, - sosial şəbəkələrdəki məlumatda yazılır.

Heydər Camal 1947-ci ildə noyabrın 6-da Moskvada dünyaya gəlib. 1965-ci ildə MDU Şərq Dilləri İnstitutuna daxil olub, bir müddət sonra institutdan xaric edilib. 1995-ci ildə o, "Regionlararası ictimai hərəkat İslam Komitəsi”ni yaradır və ona rəhbərlik edir.

Heydər Camal Rusiyada ən tanınmış islam teoloqlarından və filosoflarından biri idi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR