Başçıdan 1 milyonluq yeyinti və ağ yalan
İsmayıllıdakı
velosiped zavodu hələ də işləmir
Politika.Az-ın yaydığı məlumata görə, bu barədə
jurnalist Elçin İsmayıllı Feybukda yazıb.
Onun sözlərinə görə, zavod işləmək iqtidarında da
deyil: "Prezidentin avqustda İsmayıllıya səfərindən bir neçə saat sonra
işçilərə dağılışmağı əmr ediblər.
Bunu mənə velosiped zavodunun işçisi olacaq bir
şəxs söyləyib. Bakıdan gətirilmiş velosipedləri İsmayıllının istehsalı adı ilə
təqdim etmək istəyiblər. Bu yalanlar ayaq tutar, yeriməz”.
Bu faktdan görünür ki, İsmayıllının icra başçısı
Mirdaməd Sadıqov dövlət rəhbərliyini açıq şəkildə aldadır və ağ yalan danışır.
Eləcə də bu yalanlara zavod rəhbərliyi bdə şərik
olub. Bir müddət qabaq zavod rəhbərliyi iddiaları təkzib edərək fəaliyyət
göstərdiklərini bildirmişdi.
Ancaq məlum olur ki, İsmayıllıda zavod rəhbəri ilə
rayon rəhbəri əlbir olub həm ictimaiyyəti, həm mətbuatı, həm də ölkə
prezidentini ələ salır.
Dövlət başçısı tapşırıb ki, iş yerləri açılsın,
postneft dövründə vətəndaşlara, sahibkarlara dəstək verilsin. M.Sadıqov yalanı
da üzünə-gözünə bulaşdırıb.
Politika.Az xəbər verir ki, zavodun tikintisinə
külli miqdarda vəsait sərf olunub, prezident İlham Əliyev açılışda iştirak
edib.
İsmayıllı rayon İcra Hakimiyyəti isə plan qurur,
prezident gedər-getməz zavod bağlanır.
Ümumiyyətlə, M.Sadıqov etimadı doğrulda bilmədi.
Onun barəsində böyük ümidlər var idi. Ələkbərovların rayonda yaratdığı neqativ
mühitə və özbaşınalığa son qoyulsa da, Nizami Ələkbərovun sələfi əhalinin
problemlərini azaltmaq yerinə artırdı.
Elə ona görə də İsmayıllının icra başçısından
ətrafı da narazıdır. Mirdaməd Sadıqov rayon icra hakimiyyətindəki məmurları yola
vermir.
İddialara görə, icra başçısı əldə olunan
qeyri-rəsmi qazancı bəzi məmurlarla bölüşdürmür. Bu da ciddi şəkildə narazılıq
yaradıb.
Politika.Az-ın əldə etdiyi bilgilərə görə,
İsmayıllıda iyerarxik mübarizə başlayıb. M.Sadıqovdan narazı qüvvələr onun
barəsində kampaniya aparır.
O da var ki, onun da başı maliyyə yeyintilərinə,
biznesini qurmağa qarışıb. Mirdaməd Sadıqov son 2 ildə xeyli dəyişib və
Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib.
Məsələn, "İsmayıllı Tikinti-27” ASC-nin sədri
Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları,
yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır. Mirdaməd Sadıqovun
tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq
büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var.
Ələkbərovlara aid «VAFİ-Region» MMC şirkətinin
«qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub.
"İsmayıllı Tikinti-27” ASC yeni icra
başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan
çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib. Bu ittihamlarla bağlı
RİH-nin mövqeyini dərc etməyə hazırıq.