Yazda payızı yaşayan Bakı – FOTOREPORTAJ
Yaz fəslinin ölkəmizə daxil olmasına baxmayaraq, ölkədə, xüsusilə paytaxtda dəyişkən, yağışlı və soyuq hava şəraiti hökm sürür. Yanvar-fevral ayları ərzində havanın normadan isti keçməsi, hazırda isə soyuqların yenidən başlaması əhalidə çaşqınlıq yaradır.
Sfera.az xəbər verir ki, ötən ayla müqayisədə bu ay daha çox dəyişkən, yerləşdiyimiz coğrafi mövqeyə xarakterik olmayan hava şəraiti qeydə alınır.
Ümumiyyətlə bu ilin may ayı hava şəraiti ilə əlaqədar çoxtəzadlılığı ilə seçilib. Təbiətdə hava qədər dəyişkən müqayisə olunası heç nə yoxdur.
Belə ki, bu həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək. Bu da özünü həm küləyin mülayimləşməsində, həm də temperaturun tədricən yüksəlməsində, əsasən, yağmursuz keçməsində göstərəcək.
Əməkdaşımız da gah soyuq, gah isti və küləkli keçən may ayından fotoreportaj hazırlayıb.
Həmin fotoları təqdim edirik:
Ülkər Abdurahmanlı
Fotolar: Anar Bayramlı