Logo

Nardarandakı polis bölməsinin tikintisi başa çatır - FOTO

Nardarandakı polis bölməsinin tikintisi başa çatır - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inzibati binanın tikintisi başa çatır.
Sfera.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hazırda binada son tamamlama işləri aparılır.

İş icraçılarının dediyinə görə, inzibati bina bu həftə tam hazır olacaq.

Qeyd edək ki, Nardaran qəsəbəsində polis nəzarəti davam edir. Qəsəbənin giriş-çıxış yollarına polis və Daxili Qoşunların əsgərləri nəzarət edir.

Həmçinin qəsəbədə mərkəzi yolların genişləndirilməsi üçün işlər aparılır, qaz və işıq xətləri yenilənir.

Kənd sakinlərinin bildirdiyinə görə, qəsəbədə axtarış tədbirləri də davam etdirilir.

“Həmçinin yolların genişləndirilməsi üçün bəzi həyətyanı sahələrin bir hissəsi, dükanlar da plana düşüb. Qaz, su və işığa görə evlərdə sayğacların quraşdırılması prosesi də davam edir” deyə, qəsəbə sakini bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR