Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərində adambaşına xərclər 362 manat, kənd yerlərində 332 manat olub. 


Əhali ərzağa daha çox pul xərcləyir. Ötən il qida məhsullarına xərclənən pul 155 manat təşkil edib. Digər xərclərin heç biri ərzaq qədər yüksək olmayıb. 


Əhali ayda adambaşına kommunala (su, işıq, qaz və digər yanacaq növlərinə) 28 manat, ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 27 manat, mehmanxana, kafe və restorana 24 manat, nəqliyyata 23 manat, paltar və ayaqqabıya 20 manat, səhiyyə xidmətlərinə 18 manat, istirahət və mədəniyyət xidmətlərinə 14 manat, rabitə xidmətlərinə 11,5 manat pul xərcləyib. 


Qruplaşdırdıqda əhalinin xərclərinin 42,7 faizi ərzaq, 29,3 faizi qeyri-ərzaq, 28 faizi isə xidmətlərə çəkilən xərclərdən ibarət olub. 


2020-ci illə müqayisədə ərzaq və qeyri-ərzaq xərclərinin artması, pullu xidmətlərin isə payının azalması müşahidə edilib.


Vasif
 
 


OXŞAR XƏBƏRLƏR

Bakıda toydan çıxan qadınları avtomobil vurdu: ÖLƏN VAR - VİDEO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəs...

Xalq artisti: "Mənə səhnənin canavarı deyirlər”

Xalq artisti Gülyanaq Məmmədova növbəti açıqlamasıyla diqqət çəkib.   Sfera.az xəbər verir ki, verilişlərin birində sənətçi səhnənin canavarı ad...

Azərbaycanda toyuq əti bahalaşacaq?- “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Türkiyədə quş ətinin qiymətinin artması ixraca qadağa ilə müşahidə edilir. Ekspertlər bildirirlər ki, məlum proseslərin Azərbaycanda yaşanması ehtimalı azdır. A...

Kürdəmirdə yağan güclü yağış fəsadlar törətdi - VİDEO

Kürdəmirdə yağan güclü yağış həyatı iflic edib.   Sfera.az xəbər verir ki, bu gün axşam saatlarında bir neçə saat davam edən güclü leysan yağışları r...

Bakıda küçədə dava olub, gənc oğlan bıçaqlanıb

Bakının Xətai rayonunda dava zamanı 23 yaşlı oğlan bıçaqlanıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb. ...

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı müvafiq tapşırığı Türkiyənin Milliyyətçi Hərəkat Parti...