Logo

Faktiki hava şəraiti AÇIQLANDI

Faktiki hava şəraiti AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, martın 28-i saat 10:00-a olan məlumata əsasən qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Qərb küləyi arabir Şəkidə 25 m/s, İsmayıllı, Qobustanda 24 m/s, Göyçay, Naftalan, Daşkəsəndə 20 m/s, Ağsu, Şabran, Gədəbəydə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtər, Bərdə, Qəbələ, Qubada 16 m/s, Bakıda və Abşeron yarımadasında Bakıda 28 m/s, Maştağada 20 m/s, Neft Daşları, Çilov adası, Binədə 19 m/s, Sumqayıtda 18 m/s, Pirallahıda 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.9 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti 30-u gündüzədək davam edəcək. Martın 28-də müşahidə olunan şimal-qərb küləyi 29-da cənub-qərb küləyi ilə əvəz olunacaq, küləyin maksimal sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR