Xalq yazıçısı Çingiz Abdullayev 65 yaşını QEYD ETDİ 

Xalq yazıçısı Çingiz Abdullayev 65 yaşını QEYD ETDİ 

Azərbaycanın detektiv yazıçısı, nasiri, publisisti Çingiz Abdullayev 65 yaşını qeyd edib.

 

Sfera.az bildirir ki, yazıçı 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

 

Xalq yazıçısının həyat yolu...

 

Çingiz Abdullayev dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Akif Abdulla oğlu Abdullayev Böyük Vətən müharibəsinin iştirakçısı olub. Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb. Ç.Abdullayev 1976-cı ildə Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib.

 

Abdullayevin fəaliyyəti...

 

Çingiz Abdullayev əmək fəaliyyətinə 1981-ci ildə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. 1984-1986-cı illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub. 1988-ci ildə Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 1989-cu ildə Polşanın Krakov Universitetinin fəxri professor olub. 1990-cı ildə H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. 1990-cı ildə Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. 1991-ci ildə Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə edib. 1990-cı ildən Azərbaycan PEN klubunun vitse-prezidentidir.

 

Xalqın yazıçısı...

 

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 200-dən çox kitabın müəllifidir. Kitabları dünyanın 32 dilinə tərcümə olunaraq nəşr olunub. Xidmətlərinə görə, “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunub. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində 1978-ci ildə Çexoslovakiya, Yuqoslaviya, 1986-cı ildə Bolqarıstan, 1989-cu ildə Danimarka, 1989-cu ildə Polşada səfərdə olub.

 

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə, “Şöhrət” ordeni ilə təltif edilib. O, yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır.

 

Ədəbi fəaliyyətə bir neçə lirik hekayə ilə, o cümlədən “Vals” (1981) və “Bir tikə çörək” (1981-1982) ilə başlayıb. Yazıçının ilk böyük əsəri - “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya - “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” nəşr olunub. Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.

 

Detektiv ustasının əsərləri Avropada, Cənubi Amerikada və Asiyada 30 milyona yaxın tirajla, dünyanın otuzdan artıq dilində dərc edilib. Azərbaycan və xarici ölkə kinematoqrafçıları onun əsərləri əsasında “Dronqo”, “Lisenziyasız xəfiyyə”, “Məhkumların cənnəti”, “Çevrilmiş dünya”, “Xeyirlə Şərin rəqsi” və s. film və seriallar çəkilib. Kəskin süjet, qəhrəmanların gözlənilməz taleləri, iti və yığcam dil, həmçinin gerçək fakt və sənədlərin hekayətə əlavə edilməsi – bütün bunlar romanları detektiv ədəbiyyatının diqqətçəkici hadisəsinə çevirir.

 

Çingiz Abdullayev həm də tarixi mövzularda da əsərlər yazır.

 

Amerikanın Christian Science Monitor-u onu müasir dövrün siyasi və casus detektivi janrında ən yaxşı müəlliflərdən biri adlandırıb. O, 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir. 31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir. 2021-il ilin iyunun 14-dən Azərbaycan Yazıçılar Birliyinin Birinci katibidir.

 

Yazıçını doğum günü münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instaqram" hesabında 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. ...

Prezident və xanımı Fəxri xiyabanda...

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür. &n...

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...