Uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı

Uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı
 
2016-cı ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçirilib.

AzVision.az xəbər verir ki, bu sözləri K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair keçirilən tədbirdə deyib. 

O qeyd edib ki, tibbi müayinədən keçirilmiş uşaqların 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. "Sağlamlığında müxtəlif problemlər aşkarlanmış 227 955 (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9 %) hospitalizasiya olunub, 4569 nəfəri isə sanator müalicəyə göndərilib".

Nəsib Quliyev dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı tədbirlərdən bəhs edib. O bildirib ki, 2013-cü ilin martında "Uşaqların İcbari Dispanserizasiyası haqqında” qəbul edilmiş qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir.

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilirlər.

Qeyd olunub ki, hazırda Azərbaycanda 0-18 yaşadək uşaq əhalisinin sayı –2 588 959 nəfərdir: "Uşaq ilk doğulduğu andan bir aya qədər 3 dəfə, 1 yaşa qədər hər ay, 1yaşdan 2 yaşa qədər uşaqlarda rübdə bir dəfə, 2 yaşdan 3 yaşa qədər uşaqlarda ildə 2 dəfə, 3 yaşdan 18 yaşa qədər olan uşaqlar isə ildə bir dəfə kompleks müalicələrı cəlb olunur. Bizim bu prosesdə çətinliyiniz ilk növbədə valideynlərin bu işə cəlb etməklə bağlıdır. Xüsusilə rayonlarda bu sahədə problemlər yaşanır. Valideynlər uşaqları müayinədən keçirməyə çəkinirlər. Ona görə də hələ uşaqların kompleks müayinəsini 100 faizə çatdıra bilmirik".

Nəsib Quliyev vurğulayıb ki, məktəbə qədər və məktəb yaşlı uşaqlarda daha çox qurd xəstəlikləri müşahidə olunur. Baş pediatır bildirib ki, məktəbə qədər yaşda olan uşaqların gigeynik qaydalara əməl etməməsi onlarda qurd xəstəliklərinin yaranmasına səbəb olur: "Uşaqlarda elə yaş dövrü var ki, onlar həmin yaşda gigeynik tələblərə riayət etmirlər. Onları bu işə sövq etmək olmur. Ona görə də qurda yoluxma halları əmələ gəlir”.

N. Quliyev az yaşlı uşaqlarda tənəffüs üzvülərinin xəsətliklərinə də rast gəlindiyini deyib: "Tənəffüs üzvülərinin xəstəlikləri uşaq orqanizminin anatomik- fiziolojik xüsusuiyyətlərindən irəli gəlir. Bu, bütün dünyada belədir. 

Qeyd etdiklərimiz sırasında perinatal dövrdə uşaqların xəstələnməsi gəlir. Yeni doğulan uşaqlar doğum evindən çıxdıqdan sonra bir neçə ay ərzində sahə pediatrı tərəfindən aktiv müşahidədə saxlanılır. Yeni doğulan uşaqlarda müşahidə olunan xəstəlikələr daha ciddi nəzarət altındadır. 2006-2010-cu illəri əhatə edən "Azərbayacanda ana və uşaqların qorunması” dövlət proqramına əsasən xidmətin gücləndirilməsi haqda qərar qəbul olunub. O vaxtdan indiyədək həmin proseslər davam etdirilir. 

Uşqlara qarşı maksiumum diqqətli olmaq lazımdır. Statistikaya əsaslansaq, dünyada hüquqları pozulmalarına görə birinci yerdə uşaqlar durur. Uşaqların özlərini müdafiə etmək gücü yoxdur”.


OXŞAR XƏBƏRLƏR

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...

Polis gücləndirilmiş rejimdə çalışır - DİN

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gü...

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsi...