Ana südünün bilmədiyimiz FAYDALARI – Həkim AÇIQLADI 

Ana südünün bilmədiyimiz FAYDALARI – Həkim AÇIQLADI 

Xanımların çoxu bəzi səbəblərlə yeni doğulmuş körpələrinə ana südü verməkdən imtina edirlər və süni qidalardan istifadə edirlər.

 

Bəs süni qidalar körpələr üçün faydalıdırmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan pediatr Aynur İsmayılova bildirib ki, ana südü körpə orqanizmi üçün ən ideal qida hesab olunur.

 

“Ana südünün tərkibində 400-ə qədər mikroelement mövcuddur. Ana südü körpə orqanizmi üçün qoruyucu vasitələrdən biridir. Bu südün tərkibində olan karbohidratlar körpələrdə mərkəzi sinir sisteminin inkişaf etməsinə kömək edir. Tərkibində olan lizosim təbii antibiotik hesab olunur. Bu da orqanizmə düşən yad maddələrin zərərsizləşdirilməsində çox böyük rol oynayır. 1 yaşına qədər körpələrə mütləq ana südü verilməlidir. Əgər anada hər hansısa bir xəstəlik varsa, bu zaman süni qidadan istifadə edilməlidir. Lakin heç bir problem olmadığı təqdirdə süni qidaya keçmək məsləhət görülmür. Birinci növbədə ana öz düzgün qidalanmasını təmin eməlidir. Ana südü ilə övladını qidalandıran analar qazlı sulardan, fastfood qidalardan uzaq durmalı və bol maye qəbul etməlidirlər”.

 

Həkim qeyd edib ki, süni qida seçərkən də bir sıra məqamlara diqqət yetirmək lazımdır.

 

“Qida seçən zaman onun qiymətinə deyil, qablaşdırılmasına və saxlanma şəraitinə fikir vermək lazımdır və həkimlə məsləhətləşmək lazımdır. Əgər uşaqlarda qusma, allergiya varsa, hipoallergian qidalardan istifadə edilir. Ana südü ilə qidalanan uşaqlara 6 ayından sonra əlavə qidalar vermək olar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...