Azərbaycan HDQ Türkiyə modelinə uyğunlaşdırılır

Azərbaycan HDQ Türkiyə modelinə uyğunlaşdırılır

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfrans iştirakçılarını salamlayan birinci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycan Ordusunun digər bölmələrində olduğu kimi, HDQ-nin də Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən ştat-strukturun qurulması, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması məqsədilə müxtəlif təlim və kursların keçirilməsi nəzərdə tutulub.

 

Birinci dərəcəli kapitan T.Mürşüdov vurğulayıb ki, konfransın keçirilməsində əsas məqsəd HDQ-nin modernləşdirilməsi, eləcə də yenidənqurulması istiqamətində işlərin daha effektiv və səmərəli təşkil olunmasıdır.

 

Qeyd olunub ki, konfransda Xəzər dənizinin hüquqi statusu və regiona təsir edən konfliktlər, HDQ-nin şəxsi heyətinin xidməti, əməliyyat və döyüş hazırlığının təşkili və digər aktual mövzular üzrə müzakirələrin aparılması planlaşdırılır.

 

Sonda "Hərbi Dəniz Qüvvənin əməliyyat fəaliyyəti" üzrə aktual olan bir sıra mövzular haqqında brifinqlər təqdim olunub, fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...