Qar yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Qar yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Martın 31-i saat 09:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, martın 31-i saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, dağlıq rayonlarda qar yağıb.

 

Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 47 sm, Qrızda 5 sm, Xınalıqda 3 sm olub.

 

Martın 30-da Gəncə şəhərinə axşam saatlarında diametri 8-10 mm, Daşkəsən rayonuna isə saat 19:03-19:04 radələrində diametri 13 mm olan dolu düşüb.

 

Martın 30-u gün ərzində şimal-qərb küləyi arabir Ağdamda 20 m/s, Göyçay, Zərdab, Tərtər, Naftalanda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmkir, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.

 

Düşən yağıntının miqdarı Ağdamda 9 mm, İsmayıllı, Sabirabadda 8 mm, Qusarda 7 mm, Qrız, Qobustan, Bərdə, Neftçala, Şəki, Tərtər, Beyləqan, Şirvan, Biləsuvar, Yardımlı, Qax, Göygöl, Gəncə, Gədəbəy, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Quba, Balakən, Zaqatala, Şəmkir, Naftalan, Lənkəran, Astara, Cəlilabad, Daşkəsəndə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək, Naxçıvan MR-da 19-24 dərəcə, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 8-15 dərəcəyədək isti olub.


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...