“TikTok”da saxta xəbərlər yayanlar barədə tədbirlər görülür - RƏSMİ

“TikTok”da saxta xəbərlər yayanlar barədə tədbirlər görülür - RƏSMİ

“TikTok” sosial şəbəkəsində hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görülür.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilir.

 

“TikTok” sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılıb. Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.

 

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

 

Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - açıqlamada qeyd edilir.


OXŞAR XƏBƏRLƏR

Bakıda bitum daşıyan yük maşını aşıb, maye yola dağılıb - FOTO

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.   DİN-in Nəqliyyatı İntellektual İdarə...

20 ildən sonra ilk dəfə üslubunu dəyişdi: Video viral oldu

Riçmond adlı bərbər tez-tez müştərilərinin saç düzümlərini nümayiş etdirir və sosial şəbəkələrdə milyonlarla baxış toplayır. O, bu dəfə özünə inamını itirmiş və...

Ağdərədə 100-lərlə separatçının məhv edildiyi hərbi hissədən - GÖRÜNTÜLƏR

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Ağdərədə dağıdılan hərbi hissədən görüntülər yayılıb.   Sfera.az x...

Adamyeyənlərin qurbanı olub: Alimlər məşhur “Erebus”un kapitanının qalıqlarını müəyyən etdilər

Tədqiqatçılar qrupu bu yaxınlarda Con Franklinin Arktikaya tarixi ekspedisiyasının əsas fiqurunun qalıqlarını uğurla müəyyən edib. Bu kəşf 19-cu əsrin ən məşhur...

ABŞ-da müəmmalı şəkildə yoxa çıxıb: Partlayıcı peycerlər işi üzrə şübhəli qadın axtarılır

Norveç Təhlükəsizlik Polisi (PST) “Hizbullah” üzvləri üçün Livana partlayıcı peycerlərin tədarükü zəncirinin bir hissəsi ola biləcək Bolqarıstanın &...

2 aylıq uşağı pivə ilə dəyişmək istədilər

ABŞ-də cütlük iki aylıq körpəsini 6 butulka pivəyə satmağa çalışıb.   Sfera.az xəbər verir ki bu barədə "The Mirror" yazıb. Nəşrin məlumatına...