Binəqədi İcra Hakimiyyəti mənimsəmədə ittiham olunur-VİDEO

Binəqədi İcra Hakimiyyəti mənimsəmədə ittiham olunur-VİDEO

Binəqədi rayonu Motodrom yeni yaşayış massivinin sakinləri növbəti etiraz aksiyası keçiriblər. Sfera.az "qafqazinfo”ya istinadən xəbər verir ki, sakinlər evlərinin sökülməsi müqabilində onlara təklif edilən kompensasiyanın azlığından şikayətçidirlər.

"Avtovağzal” metrostansiyasının depo ərazisinə düşdüyü üçün 60-dan çox evin sökülməsi nəzərdə tutulub. Narazılığa səbəb isə mənzillərin hər kvadratmetri üçün ödənilən kompensasiyanın 500 AZN-dən hesablanmasıdır.
 
Sakinlərin sözlərinə görə, şikayətlərini çatdırmaq üçün Prezident Administrasiyasına da müraciət ediblər. Administrasiyanın nümayəndəsi Əli Orucov onlara bildirib ki, mənzillərin kvadratmetrinin 500 manatdan hesablanması düzgün deyil, həmin evlər üçün kompensasiya bazar qiymətlərinə uyğun ödənilməlidir.
 
Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi isə sakinlərlə görüşdə kompensasiyanın tikinti üçün istifadə olunan materialların bazar qiymətlərinə uyğun hesablanıb ödəniləcəyini deyib.
 
Sakinlər iddia edirlər ki, mənzillər üçün minimum 1200 AZN-dən başlayan kompensasiya ayrılsa da, icra hakimiyyəti vəsaiti mənimsəyərək onlara verməkdən imtina edir.
 
Eyni zamanda, sakinlər mənzillərin düzgün hesablanmamasından da şikayətçidirlər. Onlar bildirirlər ki, bina evlərindən fərqli olaraq məhlə evlərinin ölçülməsi prosesi çöldən aparılmalı olduğu halda, onların mənzilləri içəridən hesablanıb.
 
Mənzil bazarı üzrə ekspert Ramil Osmanlı bildirib ki, daşınmaz əmlak obyektlərinin bazar dəyərinin müəyyən olunması iki formada həyata keçirilə bilər: "Bunlardan biri, uyğun satışların müqayisəli təhlili yanaşmasıdır. Yəni yaxın ərazi üzrə analoji mənzillərin son üç ay ərzində bazara təklif olunan və satılan mənzillər üzrə müqayisə metodu ilə qiyməti müəyyənləşir. Yəni bazara təqdim edilmiş və satılmış 3-4 fərdi yaşayış evi götürülür , yerləşməsi, ölçüləri, yola yaxınlığı və sair kimi qiymətə təsir gəstərən əlamətləri nəzərə alınmaqla müqayisəli təhlili aparılır.
 
İkinci qiymətləndirmə metodu isə icra hakimiyyətinin təklif etdiyi formadır. Yəni əmlakın tikintisinə çəkilmiş xərcin hesablanması. İndiki halda birinci variantın optimal olduğunu düşünürəm. Çünki icra əməkdaşlarının bu zaman kifayət qədər peşəkar mövqe ortaya qoyacaqlarını düşünmürəm. Burada professional qiymətləndirmə şirkətlərinin qiymətləndirmə rəylərindən istifadə olunmalıdır”.
 
Mənzillərin ölçüsünün hesablanmasına gəlincə, ekspert bildirib ki, sakinlər haqlıdırlar: "Bəzi yerli icra hakimiyyəti orqanları xərci azaltmaq üçün bu cür yollardan istifadə edirlər. Bu, qiymətləndirmə haqda Azərbaycan Respublikası qanununa da ziddir”.
 




OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...