\"Bu üsulla vergidən yayınma hallarının qarşısı alınacaq\" - AÇIQLAMA

\

"Artıq vətəndaşlar heç yerə getmədən biometrik imzadan istifadə etməklə hüquqi və ya fiziki şəxsi yarada biləcəklər". 

 

Bunu Sfera.az-a açıqlamasında texnobloger Fərid Pərdəşünas deyib.

 

Belə ki, əvvəllər Dövlət Vergi Xidmətinin saytında xidmət hər nə qədər elektron olsa da, gücləndirilmiş imza almaq üçün mütləq harasa getmək, həmin imza üçün ödəniş etmək lazım idi. İndi isə artıq "SİMA İmza" Dövlət Vergi Xidmətinin yenilənmiş saytına inteqrasiya olunub.

 

F.Pərdəşünas vurğulayıb ki, Dövlət Vergi Xidməti biometrik imzanı inteqrasiya eləməklə, vergidən yayınma hallarının qarşısını alacaq:

 

“Əgər "SİMA İmza"ya qədər bu mobil nömrə əsaslı gücləndirilmiş imza ilə icra olunurdusa, indi artıq biometrik imza seçimi də olacaq. Çünki mobil nömrə əsaslı imza ilə şirkət açan bəzi şəxslər bunu müxtəlif adamların adına nömrə alaraq (xüsusən də qohum, regionlarda yaşayan tanış və s), şirkət yaradıb, dövriyyə formalaşdırırdılar. Daha sonra vergini ödəmədən, aradan çıxırdılar. İndi Dövlət Vergi Xidməti birbaşa biometrik imza ilə bunu təsdiqlədəcək. Yəni şirkəti açan adamın üz skanından istifadə olunacaq”.

 
Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.   Bu barədə Sfer...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.   Sfera.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start ver...

Arzu Əliyeva uşaqları ziyarət etdi - VİDEO+FOTOLAR

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət edib.   Sfera.az xəbər verir ki, bu barədə Arzu Əliyeva ...

Tolik ata oldu - FOTO

Aparıcı Tarix Əliyev (Tolik) ata olub.   Sfera.az xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, Tolik və körpənin yer aldığı fotoya ...

Pensiya alanların nəzərinə! - Pullar bu tarixdə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu...

Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB

Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.   Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımı göz...