Logo

Sabah 15 dərəcə isti olacaq

Sabah 15 dərəcə isti olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR