Muhammad Yunus UNEC rektorunun müşaviri TƏYİN OLUNDU

Muhammad Yunus UNEC rektorunun müşaviri TƏYİN OLUNDU

Nobel Sülh mükafatı laureatı, UNEC-in fəxri professoru Muhammad Yunus UNEC rektoruna müraciət edib.

 

UNEC-dən Sfera.az-a verilən xəbərə görə, Nobel mükafatçısı müraciətində UNEC rektorunun müşaviri kimi universitetin missiyasına töhvə vermək istəyini bildirib. Müraciəti nəzərə alaraq, rektor prof. Ədalət Muradov Nobel mükafatı laureatı, professor Muhammad Yunusu müşavir təyin edib.

 

Xatırladaq ki, Nobel mükafatçısı Muhammad Yunus 2017-ci ildə UNEC-də keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda çıxış etmiş və ona UNEC-in Fəxri professoru diplomu təqdim olunmuşdur.

 

Bu il martın 16-da isə Muhammad Yunusun iştirakı ilə UNEC-də Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub və Nobel mükafatçısı YSBM-də ilk mühazirəsini də sosial biznes sahəsinin problemlərinə həsr edib.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...